Tarix: 06-03-2023 | Saat: 17:54
Bölmə:Karusel / Kriminal | çapa göndər
Bakıda idman salonundakı mübahisə zəminində qətl törədən 2002-ci il təvəllüdlü Əli Abbasovun məhkəməsi yekunlaşıb.
Qarabaginfo.az xəbər verir ki, mübahisə zamanı 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovu döş qəfəsinin bıçaqlayaraq öldürən Abbasova 15 il həbs cəzası verilib.
Xatırladaq ki, hadisə 2021-ci ilin martında Bakıda baş verib. 19 yaşlı Əli Abbasov idman zalında məşq edərkən 22 yaşlı Bəxtiyar Nəsibovun ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və irad bildirib. Baxış üstündə yaranan mübahisə böyüyüb və onlar məsələni zaldan kənarda həll etmək qərarına gəliblər. Zaldan çıxdıqdan sonra Ə.Abbasov B.Nəsibovu bıçaqlayaraq öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, daha sonra ittiham ağırlaşdırılmışdı.
Digər xəbərlər