Saytımızı qiymətləndirin


 
 

Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd təsdiqlənib, Əli İsa Cabbarovun istefa ərizəsi qəbul edilib 
Tarix: 28-08-2026 | Saat: 16:55
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Şəfiqə Məmmədova, Əli İsa Cabbarov

 

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.

AKİ-dən Qarabaginfo.az-a verilən xəbərə görə, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İclasın yekununda bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.

İclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.

İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxılıb və ərizələr İdarə Heyəti tərəfindən qəbul edilib.

İclasda Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.

Bildirilib ki, İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər