Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Liberiya arasında media sahəsində əməkdaşlıq müzakirə olunub
Tarix: 30-10-2026 | Saat: 15:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanla Liberiya arasında media sahəsində əməkdaşlıq müzakirə olunub

Media və Yayım Şurasında Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.

Bu barədə Qarabaginfo.az-a Media və Yarım Şurasından məlumat verilib.

Bildirilib ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi sahəsində qarşılıqlı əlaqələrin inkişafı etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.

Liberiya Respublikasının informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi perspektivlərini vurğulayaraq, rəqəmsal transformasiya proseslərinin əhəmiyyəti və sözügedən istiqamətdə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib.

Görüş zamanı həmçinin media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir kommunikasiya texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanla Liberiya arasında media sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Liberiya arasında media sahəsində əməkdaşlıq müzakirə olunub



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər
2-01-2023, 12:14 Sabahın hava proqnozu
30-04-2024, 20:51 XTQ-nin 25-ci ili - VİDEO