Tarix: 24-10-2026 | Saat: 15:48
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş ab-hava və əyləncəli proqramla davam edir.
Qarabaginfo.az xəbər verir ki, oktyabrın 24-də də Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim edirlər.
Ziyarətçilərin festivala olan marağı nəzərə alınaraq tədbir məkanında səhər saatlarından axşamadək əyləncəli proqram təşkil olunacaq. Gün ərzində bulvarda səslənən musiqi, tanınmış sənətçilərin çıxışları festivalın bayram ovqatını tamamlayacaq.
Bu gün DJ Kamo, Rilaya, Mərdan Kazımov, axşam saatlarında isə Orxan Zeynallı, Xəyyam Nisanov və Zülfiyyə Xanbabayeva konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.
Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsizdir.
Digər xəbərlər












































