Saytımızı qiymətləndirin


 
 

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar
Tarix: 24-10-2026 | Saat: 15:47
Bölmə:Karusel / Kriminal | çapa göndər

kutlevi-davada-qetli-toredenlerin-kimliyi-bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub.

Qarabaginfo.az xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emil” və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğu bəlli olub.

Hadisə yerindən qaçmış həmin şəxslər hazırda axtarışdadırlar.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər