Saytımızı qiymətləndirin


 
 

Çaylarda suyun səviyyəsi artıb
Tarix: 25-03-2023 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Çaylarda suyun səviyyəsi artıb

Martın 25-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 140 santimetr, su sərfi 4,10 kubmetr/saniyə, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 91 santimetr, su sərfi 6,05 kubmetr/saniyə, Kürəkçayın Toğana məntəqəsində suyun səviyyəsi 119 santimetr, su sərfi 0,38 kubmetr/saniyə, Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi 182 santimetr, su sərfi 1,73 kubmetr/saniyə və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 78 santimetr, su sərfi 2,50 kubmetr/saniyə, Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsi 49 santimetr, su sərfi 0,95 kubmetr/saniyə, Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsi 24 santimetr təşkil edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 313 santimetr, su sərfi saniyədə 310 kubmetrə bərabər olub. Bu da ongünlük normanın 102 faizini təşkil edir.

 

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 621 santimetrə, su sərfi 51,5 kubmetr/saniyəyə bərabər olub. Bu da ongünlük normanın 46 faizini təşkil edir.

 

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 340 santimetr, su sərfi 103 kubmetr/saniyə təşkil edib. Bu da ongünlük normanın 17 faizinə bərabərdir. Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 141 santimetr olub. modern.az



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər