Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşüb
Tarix: 17-11-2026 | Saat: 09:40
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşüb

ABŞ-ın Strateji Neft Ehtiyatı noyabrın 13-də başa çatan hesabat həftəsinin sonunda 276,4 milyon barelə qədər azalıb.

Qarabaginfo.az ABŞ Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ehtiyatların həcmi 1982-ci ilin oktyabrından bəri ən aşağı səviyyələrini yeniləməkdə davam edir.

Hesabat həftəsində ABŞ-ın strateji neft ehtiyatları təxminən 3,1 milyon barel azalıb. Ehtiyatların bundan daha aşağı səviyyəsi sonuncu dəfə 1982-ci ildə, oktyabrın 8-də başa çatan hesabat həftəsinin sonunda qeydə alınıb. Həmin vaxt göstərici 278,725 milyon barel təşkil edib.

ABŞ-ın strateji neft ehtiyatları cari ilin avqust ayının sonunda 1982-ci ilin minimum səviyyələrini yeniləməyə başlayıb. Oktyabrın əvvəlində göstərici 283 milyon barelə düşüb, noyabrın əvvəlindən etibarən isə azalma tempi sürətlənib.

ABŞ-ın Strateji Neft Ehtiyatı 1975-ci ildə Konqresin qərarı ilə, dünya enerji böhranından sonra yarana biləcək fövqəladə hallarda istifadə olunması məqsədilə yaradılıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər