Saytımızı qiymətləndirin


 
 

Kreml Estoniyanın Rusiya təxribatı ilə bağlı ittihamlarını rədd edib
Tarix: 16-11-2026 | Saat: 16:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Kreml: Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Estoniya və digər Avropa ölkələrinin Rusiya təxribatı ilə bağlı ittihamları tamamilə əsassızdır və Rusiya onları tamamilə rədd edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Estoniya hakimiyyətinin Rusiya ilə bütün sərhəd məntəqələrini bağlamaq qərarına münasibət bildirərkən deyib.

“Estoniya divar tikir. Tarix göstərir ki, bir çox ölkələr öz müəlliflərinə heç bir xeyir gətirməyən divarlar tikiblər”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Estoniya Xarici İşlər Nazirliyi Tallinin 1 dekabrdan etibarən Rusiya ilə bütün sərhəd keçid məntəqlərini bağlayacağını açıqlayıb. Qərar Viimsi bələdiyyəsindəki Threod Systems müdafiə şirkətinin binasına qarşı törədilən yanğın cəhdindən sonra verilib. Hadisədən sonra 8 Latviya vətəndaşı saxlanılıb. Estoniya hakimiyyəti Rusiyanı hadisədə iştirakda ittiham edir.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər