Saytımızı qiymətləndirin


 
 

Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək
Tarix: 16-11-2026 | Saat: 12:21
Bölmə:Karusel / Sosial | çapa göndər

Küləkli havada kranlarla görülən işlərin dayandırılması və fasilə verilməsi yeni qaydada tənzimlənəcək

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İndiyə qədər küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılıb. Yeni qanuna əsasən. küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər