Saytımızı qiymətləndirin


 
 

Putinin ətrafında birləşməliyik - Medvedev
Tarix: 24-06-2023 | Saat: 14:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Putinin ətrafında birləşməliyik - Medvedev

 

Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə baş verənlərə münasibət bildirib.

 

Qarabaqinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında "Vaqner"in qiyam cəhdi ilə bağlı fikirlərini bölüşüb.

 

"Vətənimizi parçalamağa, dövlətimizi məhv etməyə can atan xarici və daxili düşmənə qalib gəlmək üçün ən vacibi prezidentin, ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında birləşməkdir. Parçalanma xalqa xəyanətə gedən yoldur. Ən böyük faciədir, ümumbəşəri fəlakətdir”, - Medvedev qeyd edib.

 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər