Saytımızı qiymətləndirin


 
 

Belarus səyahət qadağası olan Rusiya vətəndaşlarını üçüncü ölkəyə buraxmayacaq
Tarix: 29-04-2026 | Saat: 13:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Belarus səyahət qadağası olan Rusiya vətəndaşlarını üçüncü ölkəyə buraxmayacaq

Belarus səyahət qadağası olan Rusiya vətəndaşlarını üçüncü ölkəyə buraxmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Belsat" məlumat yayıb.

Bildirilib ki, Rusiya öz vətəndaşını səyahət məhdudiyyəti olan şəxslərin məlumat bazasına əlavə etdiyi təqdirdə, Belarus sərhədçiləri onun üçüncü ölkəyə səyahət etməsinə icazə verməyəcək.

Belarus Dövlət Sərhəd Komitəsi bunu "Belsat"a təsdiqləyib.

Qurumdan bildirilib ki, Rusiya vətəndaşının sənədləri qaydasındadırsa və Rusiya ona səyahət qadağası tətbiq etməyibsə, onların Belarusu tərk etməsinə icazə veriləcək.

Əgər şəxs səyahət məhdudiyyəti olanların məlumat bazasına daxil edilibsə, o, sərhədi keçə bilməyəcək və ona bütün sualları Rusiya hakimiyyət orqanlarına ünvanlamaq məsləhət görüləcək.

Qeyd edək ki, bir müddət əvvəl insan haqları fəalları Belarus sərhədçilərinin Minskdən Tbilisiyə, daha sonra isə İrəvana uçmağa çalışan Rusiya vətəndaşını ölkədən buraxmağa icazə vermədikləri barədə məlumat yayıb. Məlum olub ki, Rusiya həmin şəxsin ölkədən çıxışına qadağa qoyub.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər