Saytımızı qiymətləndirin


 
 

Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Tarix: 29-10-2026 | Saat: 16:22
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard

 

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard fevralda vəzifəsindən ayrılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə AMB-nin bəyanatında bildirilib.

“Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu gün AMB-nin İdarəetmə Şurasını və Avropa Şurasının prezidenti Antonio Koştanı 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacağı barədə məlumatlandırıb”, – bəyanatda qeyd olunub.

Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatmalı idi. Onun vaxtından əvvəl ayrılması Avropa İttifaqı liderlərinə yeni prezidentin seçilməsi üçün əlavə vaxt verəcək.

Kristin Laqard 2019-cu ilin noyabrından Avropa Mərkəzi Bankına rəhbərlik edir. Bundan əvvəl o, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifəsində çalışıb.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər