Saytımızı qiymətləndirin


 
 

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Tarix: 27-10-2026 | Saat: 21:44
Bölmə:Karusel / Kriminal | çapa göndər

ramiz-mehdiyev-dovlet-teltiflerinden-mehrum-edilecek

Xəbər verdiyimiz kimi, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. “Boz kardinal”a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.

Qarabaginfo.az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb.

Mehdiyev Ramiz Ənvər oğlunun bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər