Tarix: 27-10-2026 | Saat: 21:59
Bölmə:Karusel / Siyasət | çapa göndər
Finlandiya və Norveç Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi rolunu üzərinə götürmək niyyətində deyil, lakin Əbu-Dabidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsünü dəstəkləyirlər.
Finlandiyanın “Iltalehti” qəzetinin məlumatına görə, bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde Helsinkidə keçirilən mətbuat konfransında bildirib.
“Biz vasitəçi olmaq istəmirik, lakin prosesə müəyyən töhfə verə biləcəyimizə inanırıq”, – deyə Eyde qeyd edib.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen isə ölkəsinin ABŞ-ın rəhbərliyi ilə aparılan sülh prosesini dəstəklədiyini bildirib.
O, Finlandiyanın Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətində olmadığını vurğulayıb.
“Finlandiya vasitəçi roluna can atmır. Biz burada Ukraynanı dəstəkləmək üçün iştirak edirik”, – deyə Valtonen bildirib.
edək ki, açıqlamalar Helsinkidə Norveç, Finlandiya və Ukraynanın xarici işlər nazirləri Espen Bart Eyde, Elina Valtonen və Andrey Sibiqanın iştirakı ilə keçirilən birgə mətbuat konfransında səsləndirilib.
Digər xəbərlər

















