Saytımızı qiymətləndirin


 
 

ABŞ-nin yeni planı: Zəngəzur dəhlizinə Azərbaycan nəzarət edəcək
Tarix: 05-02-2024 | Saat: 17:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

ABŞ-nin yeni planı: Zəngəzur dəhlizinə Azərbaycan nəzarət edəcək

Artıq Qərbdə də Zəngəzur dəhlizindən danışılır. Bunu erməni politoloq Suren Surenyants deyib. Ekspert diqqəti ABŞ-nin “Fitch Group” şirkətinin məsələ ilə əlaqədar proqnozuna çəkib. Şirkətin analitikləri hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilin birinci yarısında imzalana bilər. 

"Fitch Group"un iddiasına görə, sazişə Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ-nin bu proqnozu ciddi kəşfiyyat məlumatlarına əsaslanır. 

“ABŞ-nin belə məsələlərlə bağlı hər zaman güclü və ciddi kəşfiyyat məlumatları olur. Düşünürəm ki, artıq Ermənistan da Azərbaycandan başqa digər ölkələrin də Zəngəzur dəhlizi ilə bağlı ciddi istəklərinin olduğunun fərqindədir. 

Birləşmiş Ştatların mütəmadi istifadə etdiyi İsrail və Ədən boğazı kimi strateji yolların artıq öz təhlükəsizliyini itirməsi ona yeni variantlar axtarmağa sövq edir. Digər tərəfdən, Rusiya-Ukrayna münaqişəsinə görə Rusiya ərazisindən şərqə qərbi birləşdirən dəhliz mümkün deyil”.

Politoloq Zəngəzur dəhlizinin açılmasının hazırda ABŞ və digər qərb ölkələri üçün olduqca maraqlı olduğunu qeyd edib.

“Hazırda ABŞ və digər qərb ölkələri üçün ən ciddi variant Zəngəzur dəhlizidir. ABŞ-də bunu yaxşı bilir. Təbii ki, bu dəhliz üzərində bütün önəmli səlahiyyətlər təşəbbüskar ölkə olan Azərbaycana məxsus olacaq. Ermənistandan gözlənilən konstitusiya dəyişikliyindən sonra Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı ciddi addımlar gözlənilir. Bu, kəşfiyyat məlumatlarına əsaslanır və baş tutma ehtimalı olduqca yüksəkdir”.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər