Tarix: 19-11-2026 | Saat: 20:26
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya Ukraynadakı münaqişəyə son qoymaqda maraqlıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həm Donald Tramp, həm də Si Cinpin münaqişəyə son qoymaqda maraqlı olduqlarını bildiriblər.
"Bir daha təkrarlamaq istəyirəm: əgər onlar münaqişəyə son qoymaq istəyirlərsə, qoy Ankoricdən əvvəl amerikalıların təklif etdiyi kompromislərə razı olsunlar. Biz onlarla razılaşmışıq. İndi növbə Ukraynanındır", - Rusiya prezidenti qeyd edib.
Putin Ukraynanın Donbasın qalan 10%-ni daha uzun müddət nəzarətində saxlamaq istəyini mənasız hesab etdiyini söyləyib.
O vurğulayıb ki, ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin Ukrayna planı müzakirə predmetidir.
Putin bildirib ki, Rusiya Ukraynanın təhlükəsizlik hüququna malik olduğunu tanıyır, lakin bu Rusiyanın təhlükəsizliyinə zərər vurmaq hesabına həyata keçirilməməlidir.
Rusiya prezidenti xatırladıb ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç də ölkənin NATO-ya daxil olmasına qarşı çıxıb, lakin o, tez bir zamanda devrilib.
Putin qeyd edib ki, "Rusiya min dəfə Ukraynanın NATO-ya daxil olmasının onun üçün qəbuledilməz olduğunu deyib, amma onlar buna əhəmiyyət verməyiblər.
Putin əlavə edib ki, qərb heç vaxt Ukrayna münaqişəsinin başlanmasında məsuliyyət daşıdığını etiraf etməyəcək, ona görə də müzakirənin bütün tərəfləri mövcud reallıqlardan çıxış etməlidirlər.
Putin Rusiyanın Ukrayna danışıqlarında daha sərt tələblər irəli sürdüyü fikrini də təkzib edib.
Digər xəbərlər

















