Tarix: 18-11-2026 | Saat: 12:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.
Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında “Politiko” informasiya bülleteninin jurnalisti Hans fon der Burxardın Əli Kərimlinin həbsinə dair sualına cavab verərkən deyib.
“Siz sualınızda müəyyən mənada sualınızın cavabını da verirsiniz. Çünki siz deyirsiniz ki, hazırda onunla bağlı istintaq gedir, araşdırmalar aparılır və hər bir hüquqi dövlətdə olduğu kimi, hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir. Hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Nəticədə məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, o da bütün suallara cavab verəcək”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Onun işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər xəbərlər














