Tarix: 17-11-2026 | Saat: 12:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.
Qarabaginfo.az xəbər verir ki, 2027-2028-ci illərdə planlaşdırılan beynəlxalq tədbirlər də çoxtərəfli diplomatiyada artan Azərbaycanın rolunun göstəriciləridir. Belə ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sədrliyimiz növbəti 2 il uzadılıb: "2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcəkdir. Gələn il həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünə ev sahibliyi edəcək və İƏT-ə sədrliyi qəbul edəcək. 2028-ci ildə isə ilk dəfə MDB-yə sədrlik nəzərdə tutulur. Bunlar ona görə mümkün olacaq ki, Azərbaycan özü təkbaşına işğala son qoyub, eyni zamanda bölgədə yeni reallıqlar yaradıb. 2028-ci ilin mayında 47 üzv dövlətin yer aldığı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirəcək. Azərbaycan yaxın iki ildə Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək.
“Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Ümumilikdə 30 dövlətlə strateji tərəfdaşlığın qurulması həm də bu dövlətlərin ölkəmizlə münasibətlərə verdiyi dəyərin göstəricisidr. Xüsusilə yalnız cari il ərzində Böyük Yeddiliyə daxil olan ABŞ, Almaniya və Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl xarici siyasət strategiyasının mühüm nəticələrindəndir. İtaliya da daxil olmaqla, Azərbaycanın Böyük Yeddiliyin dörd üzvü ilə strateji tərəfdaşlıq münasibətləri qurması Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərdə artan rolunun təsdiqi, Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Müdafiə təhlükəsizlik və müdafiə sənayesi sahələrində yeni siyasi reallıq şəraitində əməkdaşlıq mümkün olacaq. ABŞ, Böyük Britaniya və Almaniya ilə imzalanmış strateji xarakterli sənədlər həmçinin rəqəmsal inkişaf sahələrində də əməkdaşlıq üçün ümumi çərçivəni müəyyən edir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının hədəflədiyi 58 təşəbbüsün reallaşdırılmasına həm də beynəlxalq səviyyədə dəstəyin verilməsi üçün baza deməkdir.”.
Digər xəbərlər
















