Tarix: 14-06-2024 | Saat: 12:44
Bölmə:Karusel / Dünya | çapa göndər
“Ermənistan hökuməti və xalqı başa düşməlidir ki, Konstitusiyasının dəyişilməsində hər hansı fobiya yoxdur”.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Tural Gəncəliyev deyib.
“Ermənistan xalqı bundan qorxmalı deyil. Dünya təcrübəsində müharibədən sonra ölkələrin öz konstitusiyalarına dəyişiklik etməsi olub. Almaniya, İtaliya İkinci Dünya müharibəsindən sonra öz konstitusiyasına dəyişiklik edib. Eyni zamanda Ermənistanın yaxın müttəfiqi Fransa da 1947-ci ildə bunu edib. Bütün bunlar onu göstərir ki, Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir. Bununla bərabər, çox gülüncdür ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəyə qarşı Ermənistan öz ərazi iddiasını gerbində saxlayır”.
Tural Gəncəliyev Avropa Parlamentində keçirilən seçkilərə də toxunub.
O bildirib ki, Avropa Parlamentində sağ radikalların yer qazanmasına sevindirici hal deyil. “Bu, orada azərbaycanfobiyanı, islamafobiyanı artıracaq”.
Digər xəbərlər