Tarix: 04-11-2025 | Saat: 23:29
Bölmə:Karusel / Dünya | çapa göndər
Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar aparılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut X-də paylaşım edib.
Səfir bildirib ki, müzakirələr Azərbaycan və Fransa prezidentləri arasında son görüşlərin davamı olub.
O qeyd edib ki, Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycana səfər ediblər.
"Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Azərbaycan-Fransa münasibətlərini və regional məsələləri müzakirə etmək üçün Bakıya gəliblər", - səfir əlavə edib.
Digər xəbərlər

















%20(4):1200.jpg)

