Saytımızı qiymətləndirin


 
 

ABŞ-da yeni nüvə bombasının hazırlanması ilə bağlı məlumat üzə çıxıb
Tarix: 17-11-2026 | Saat: 07:31
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-da yeni nüvə bombasının hazırlanması ilə bağlı məlumat üzə çıxıb

ABŞ Senatının Təxsisatlar Komitəsinin sənədlərində son onilliklər ərzində ilk dəfə yeni nüvə aviasiya bombasının – B94-ün adı qeyd olunub.

“The War Zone” portalının məlumatına görə, bu barədə məlumat ABŞ-ın 2027-ci maliyyə ili üçün büdcə layihəsinə aid sənədlərdə yer alıb.

Sənədlərə əsasən, B94 proqramına 77,108 milyon dollar ayrılması təklif edilir.

Bununla belə, yeni nüvə sursatının texniki xüsusiyyətləri və hansı məqsədlə hazırlanacağı barədə məlumat açıqlanmayıb.

Portal ehtimal edir ki, B94 adı altında ABŞ-da hazırlanmaqda olan “Nuclear Deterrent System-Air-delivered” (NDS-A) proqramı nəzərdə tutula bilər.

Bildirilir ki, bu proqram möhkəmləndirilmiş və yerin dərinliyində yerləşən obyektlərin məhv edilməsi üçün nəzərdə tutulan nüvə aviasiya bombasının hazırlanması ilə əlaqələndirilir.

Lakin B94 və NDS-A proqramları arasında əlaqə rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd olunur ki, ABŞ-da bundan əvvəl yeni indeks almış nüvə aviasiya bombası B90 olub. Həmin silahın hazırlanması 1991-ci ilin sentyabrında, Soyuq müharibənin başa çatması dövründə dayandırılıb.



Xəbəri paylaş

3 dəfə oxunub.

Digər xəbərlər