Saytımızı qiymətləndirin


 
 

Putinin köməkçisi: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək
Tarix: 16-11-2026 | Saat: 21:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putinin köməkçisi: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr Əbu-Dabidə davam etdiriləcək, lakin növbəti raundun konkret tarixi hələ müəyyənləşdirilməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

O qeyd edib ki, tərəflər BƏƏ-nin paytaxtında Rusiya tərəfini tam qane edən əvvəlki üçtərəfli formatda dialoqun davam etdirilməsi ilə bağlı prinsipial razılığa gələ biliblər, lakin yeni görüşün vaxtı hələ razılaşdırılmayıb.

 

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.



Xəbəri paylaş

4 dəfə oxunub.

Digər xəbərlər