Ana Sayfa > Karusel / Siyasət > Putinin köməkçisi: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək

Putinin köməkçisi: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək


Bu gün, 21:29. Yazar: Admin

Putinin köməkçisi: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr Əbu-Dabidə davam etdiriləcək, lakin növbəti raundun konkret tarixi hələ müəyyənləşdirilməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

O qeyd edib ki, tərəflər BƏƏ-nin paytaxtında Rusiya tərəfini tam qane edən əvvəlki üçtərəfli formatda dialoqun davam etdirilməsi ilə bağlı prinsipial razılığa gələ biliblər, lakin yeni görüşün vaxtı hələ razılaşdırılmayıb.

 

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.


Geri dön