Saytımızı qiymətləndirin


 
 

Suriya və Livan sərhəddə sabitliyin möhkəmləndirilməsi üçün tədbirlər görəcək
Tarix: 15-11-2026 | Saat: 23:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Suriya və Livan sərhəddə sabitliyin möhkəmləndirilməsi üçün tədbirlər görəcək

Suriyanın və Livanın daxili işlər nazirləri Ənəs Xəttab və Əhməd əl-Həccar iki ölkənin sərhədində təhlükəsizliyin təmin olunması məqsədilə güc strukturları arasında koordinasiyanın gücləndirilməsi barədə razılığa gəliblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Suriyanın daxili işlər nazirinin Dəməşqdə keçirilən görüşün yekunlarına dair bəyanatında məlumat verilib.

Tərəflərin əməkdaşlığın genişləndirilməsinə hazır olduqları və sərhədyanı ərazilərdə sabitliyin möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görəcəyi bildirilib.

əl-Həccar isə hər iki ölkənin narkotik qaçaqmalçılığına qarşı mübarizədə əldə etdiyi müsbət nəticələri vurğulayıb. Onun sözlərinə görə, qabaqlayıcı əməliyyatlar və həbslər sayəsində Suriya ilə Livan arasında ekstremizm təhlükəsinin qarşısının alınması istiqamətində səmərəli əməkdaşlıq davam etdirilir.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər
4-03-2022, 23:08 Çavuşoğlu Bakıda