Saytımızı qiymətləndirin


 
 

Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Tarix: 18-11-2026 | Saat: 12:55
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan

 

Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) Avropa İttifaqı (Aİ) ilə əvəz etmək məsələsini nəzərdən keçirmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, İrəvanın məqsədi hər iki iqtisadi birliyin, eləcə də Yaxın Şərq ölkələrinin, Çin və ABŞ-ın bazarlarına ixracın həcmini artırmaqdır.

“İqtisadiyyat Nazirliyi olaraq bizim məqsədimiz Ermənistanın Aİ-yə, Aİİ-yə və Yaxın Şərq ölkələrinə ixracını artırmaqdır. 2027-ci ildə Aİİ, Aİ, Yaxın Şərq, Çin və ABŞ-a ixracımızın həcmi artmalıdır. Biz heç vaxt belə ziddiyyətlər qoymamışıq. Kim deyib ki, biz Aİİ-ni Aİ ilə əvəz etmək istəyirik? Biz bu ölkələrə daha çox məhsul satmaq istəyirik”, – Papoyan bildirib.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər