Saytımızı qiymətləndirin


 
 

Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib
Tarix: 19-11-2026 | Saat: 20:02
Bölmə:Karusel / İdman | çapa göndər

Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib - FOTO - YENİLƏNİB

Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşması başa çatıb.

Qarabaginfo.az-ın xəbərinə görə, görüş Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb. İkinci hissədə isə qonaqlar rəqib qapısından iki cavabsız top keçirərək üç xal qazanıblar.

Qeyd edək ki, qarşılaşma əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi futbol oyunu olub. Matçı iki minə yaxın azarkeş izləyib.



Xəbəri paylaş

78 dəfə oxunub.

Digər xəbərlər