Saytımızı qiymətləndirin


 
 

Pentaqonun sursat istehsalını artırmaq üçün uzunmüddətli planı yoxdur
Tarix: 20-11-2026 | Saat: 08:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Pentaqonun sursat istehsalını artırmaq üçün uzunmüddətli planı yoxdur

ABŞ Müdafiə Nazirliyinin sursat çatışmazlığına baxmayaraq, istehsal həcminin artırılması üçün ətraflı və uzunmüddətli planı yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin nəzarət-audit qurumu olan Baş Nəzarət İdarəsinin (GAO) hesabatında bildirilib.

Sənəddə qeyd olunur ki, döyüş hazırlığının təmin edilməsi üçün bomba, raket və torpedolar da daxil olmaqla, etibarlı sursat ehtiyatlarının mövcudluğu vacibdir.

Lakin ABŞ Müdafiə Nazirliyi sursat çatışmazlığı problemi ilə üzləşməkdə davam edir.

Hesabata əsasən, 2026-cı ildə İranla münaqişə bu problemi daha da dərinləşdirib. Çatışmazlıq xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin sursatları, SM-6 və AIM-120 raketləri ilə bağlıdır.

GAO bildirir ki, Pentaqon ehtiyatların artırılması istiqamətində müəyyən addımlar atsa da, uzunmüddətli hədəfləri, strategiyaları və nəticələrin qiymətləndirilməsi mexanizmlərini əhatə edən kompleks plan hazırlamayıb.

Qurumun qənaətinə görə, belə planın olmaması sursat istehsalının real hərbi ehtiyaclara uyğunluğunu qiymətləndirməyi çətinləşdirir.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər