Saytımızı qiymətləndirin


 
 

Tramp Kim Çen Inla görüşəcəyini açıqlayıb
Tarix: 20-11-2026 | Saat: 08:37
Bölmə:Karusel / Dünya | çapa göndər

KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla gələcəkdə görüş keçirmək niyyətində olduğunu bildirib.

“NBC News” telekanalının müxbiri Qeyb Qutyerres bu barədə Amerika lideri ilə söhbətindən sonra “X” sosial şəbəkəsində məlumat yayıb.

Tramp Asiyaya səfəri zamanı Kim Çen Inla görüşün baş tutmamasının səbəbini sıx iş qrafiki ilə izah edib.

“Münasibətlər davam edir, lakin biz görüşmədik. Həddindən artıq çox görüş var idi. Bu, mümkün olmadı. Nə vaxtsa həmin görüşü keçirəcəyik”, – deyə Tramp bildirib.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər