Saytımızı qiymətləndirin


 
 

Vəkil Orxan Kəngərli həbs olunub
Tarix: 19-11-2026 | Saat: 21:17
Bölmə:Karusel / Kriminal | çapa göndər

Vəkil Orxan Kəngərli həbs olunub - YENİLƏNİB

Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.

Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, -cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.



Xəbəri paylaş

2 dəfə oxunub.

Digər xəbərlər