Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu açıqlandı: yağış, dolu, sulu qar...
Tarix: 09-09-2023 | Saat: 13:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabahın hava proqnozu açıqlandı: yağış, dolu, sulu qar...

Sentyabrın 10-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata  görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər