Saytımızı qiymətləndirin


 
 

Rezai: ABŞ danışıqlardan İrana zərbə endirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər
Tarix: 01-11-2026 | Saat: 09:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Rezai: ABŞ danışıqlardan İrana zərbə endirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər

İran ABŞ-nin diplomatik təşəbbüslərinə ciddi şübhə ilə yanaşır və Vaşinqtonun danışıqlardan yeni hərbi hücuma hazırlaşmaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran ABŞ-nin danışıqlar təşəbbüslərinin arxasında başqa məqsədlərin dayana biləcəyini istisna etmir.

“İran sizə dərin etimadsızlıq hissi bəsləyir. Siz indi danışıqlar aparmaq, seçkilərinizdən sonra isə zərbə endirmək istəyirsiniz”, – Rezai İran tərəfinin vasitəçilər üzərindən Vaşinqtona çatdırdığı xəbərdarlığı açıqlayarkən deyib.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər