Tarix: 01-11-2026 | Saat: 09:19
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp İranın bəzi obyektlərinə, o cümlədən ehtimal olunan yeraltı nüvə obyektinə zərbələr endirilə biləcəyini istisna etməyib.
Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Biz onların silahlarının demək olar ki, hamısını məhv etmişik. Bir çox istehsal müəssisələrini sıradan çıxarmışıq. Nüvə potensiallarını məhv etmişik. Hələ bir və ya iki obyektlə bağlı məsələni həll etməliyik. Amma bunu 10 dəqiqə ərzində etmək olar”, – ABŞ Prezidenti iddia edib.
O, İrandakı Koləng-Qaz-La dağ massivinin altında yerləşdiyi ehtimal olunan nüvə obyektinə də işarə edib.
“Yəqin ki, Kirka dağına diqqət yetirmək və bu məsələni həll etmək lazımdır”, – Tramp bildirib.
ABŞ Prezidenti gələn həftə İrana qarşı hərbi əməliyyatları bərpa edib-etməyəcəyi barədə suala isə konkret cavab verməyib.
O, “The New York Times“ qəzetinin müxbirinin bununla bağlı sualını mənasız adlandırıb.
“Tutaq ki, bunu planlaşdırıram. Sizcə, bunu sizə deyərdim? Tutaq ki, planlaşdırmıram. Bunu sizə deyərdim?” – Tramp söyləyib.
Bununla yanaşı, ABŞ lideri Tehranla danışıqların yaxşı getdiyini, lakin İran tərəfinin etibarlılığına şübhə ilə yanaşdığını bildirib.
“Danışıqlar yaxşı gedir. Amma bilirsiniz, onlar o qədər də etibarlı deyillər. Razılaşma əldə edirlər, sonra isə ondan imtina edirlər. Onlar razılaşma istəyirlər. Görək, buna nail ola biləcəyikmi”, – Tramp qeyd edib.
Digər xəbərlər


















