Saytımızı qiymətləndirin


 
 

Axios: Qətər ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatının qarşısını almağa çalışır
Tarix: 31-10-2026 | Saat: 14:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Axios: Qətər ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatının qarşısını almağa çalışır

ABŞ və İran arasında dolayı danışıqlarda irəliləyiş əldə olunduğu və amerikalı nümayəndə heyətinin Qətərin paytaxtı Dohada İran rəsmiləri ilə birbaşa danışıqlara qoşulacağı bildirilir.

Bu barədə Qətərin “Al-Araby Al-Jadeed” qəzeti vasitəçilik səylərinə yaxın mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda İranın nüvə proqramı, Hörmüz boğazında gəmiçilik və Tehrana maliyyə təşviqlərinin təqdim edilməsi ilə bağlı ilkin tədbirlər üzrə razılıq əldə olunduğu iddia edilir. Çin və Rusiyanın mümkün razılaşmanın təminatçıları qismində çıxış edə biləcəyi də bildirilir.

Xəbərdə qeyd olunur ki, İran nümayəndə heyəti Qətər vasitəçiləri ilə birlikdə Dohaya qayıdıb və danışıqların bu gün davam etdirilməsi gözlənilir.

Bu diplomatik səylər Qətər vasitəçilərinin oktyabrın 30-da Tehranda İran rəsmiləri ilə 12 saatdan çox davam edən müzakirələrindən sonra intensivləşib.

“Axios” nəşrinin məlumatına görə, danışıqların məqsədi ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı mümkün yeni zərbələrin qarşısını almaqdır.

Bununla yanaşı, ABŞ-ın Körfəz ölkələrini noyabrın 4-dən etibarən İrana qarşı yeni zərbələr ehtimalına hazırlaşmaq barədə xəbərdar etdiyi bildirilir.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər