Saytımızı qiymətləndirin


 
 

CENTCOM: Onlarla ticarət gəmisi ABŞ-ın mühafizəsi altında Hörmüz boğazından keçir
Tarix: 30-10-2026 | Saat: 21:27
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper

 

ABŞ-ın mühafizəsi altında onlarla ticarət gəmisi Hörmüz boğazından keçir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

Onun sözlərinə görə, ABŞ təyyarələri, hərbi gəmiləri və dəniz dronlarından ibarət eskadrilya Hörmüz boğazında “müdafiə zolağı” yaradaraq patrul xidməti həyata keçirir.

Bred Kuper qeyd edib ki, bu həftə regiondakı Amerika qüvvələrinə baş çəkib. O, Yaxın Şərq boyunca əməliyyatlara dəstək verən 50 mindən çox ABŞ hərbçisi ilə görüşdüyünü bildirib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər