Saytımızı qiymətləndirin


 
 

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Tarix: 30-10-2026 | Saat: 21:27
Bölmə:Karusel / İdman | çapa göndər

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.

Sonra F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus, B Divizionunun qalibi Zambiya mükafatlandırılıb.

Sonra Prezident İlham Əliyevin və FIFA prezidenti Canni İnfantinonun iştirakı ilə öncə A Divizionunun finalında İspaniya yığmasına 0:3 hesabı ilə uduzan və turnirdə ikinci yeri tutan Çexiya seçməsinə mükafatlar verilib.

Sonda ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalının qalibi olan İspaniya yığmasına medallar və kubok təqdim edilib.

Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər