Saytımızı qiymətləndirin


 
 

FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Tarix: 31-10-2026 | Saat: 20:33
Bölmə:Karusel / Dünya | çapa göndər

FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktının planlaşdırılması barədə məlumat alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Rusiya xüsusi xidmət orqanları müvafiq tədbirlər görür.

Qeyd edək ki, bu gün ABŞ-ın Rusiyadakı səfirliyi Tsaritsyno Muzey-Qoruğunun ərazisində "kütləvi itkilər"lə bağlı "etibarlı təhlükə" barədə xəbərdarlıq yayıb. Səfirlik diplomatların "Tsaritsino" Muzey-Qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək təhlükə barədə məlumat əldə etdiyini açıqlayıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər