Tarix: 06-04-2022 | Saat: 02:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Şimali Atlantika Alyansının üzvü olan ölkələr Ukraynaya əlavə yardım göstərmək və onu silahla təmin etmək niyyətindədirlər”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Müttəfiqlər Ukraynaya tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqların çatdırılması ilə bağlı əlavə dəstək verməyə sadiqdirlər.”, - Stoltenberq bildirib.
O, həmçinin əlavə edib ki, NATO-ya üzv ölkələr humanitar maliyyə yardımının həcmini artırıb. Bundan əlavə, NATO Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə və kimyəvi və bioloji təhlükələrə qarşı müdafiəni təmin etməyə kömək edəcək.
Onun sözlərinə görə, NATO Ukraynaya Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə gətirib çıxarmayacaq miqdarda hərbi dəstək verir.
Digər xəbərlər