Saytımızı qiymətləndirin


 
 

ƏHD Partiyasından 4 nəfərin deputatlığa namizədi qeydə alınıb
Tarix: 29-07-2024 | Saat: 21:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin, partiya sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlının, partiyanın gənclərlə iş şöbəsinin müdiri Günel Məmmədovanın deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə partiyanın baş katibi Yaşar Kələntərli məlumat verib.

Yaşar Kələntərli həmçinin bildirib ki, Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı, Elçin Mirzəbəylinin 90 saylı Ağsu, Niyaməddin Orduxanlının 50 saylı Abşeron 3-cü, Günel Məmmədovanın isə 109 saylı Qazax seçki dairəsindən irəli sürülüb.

Məlumatda həmçinin diqqətə çatdırılır ki, digər namizədlərin imzatoplama kampaniyası yekunlaşmaq üzrədir.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər