Saytımızı qiymətləndirin


 
 

İmamoğlunun 10 il əvvəlki tviti müzakirələrə SƏBƏB OLDU
Tarix: 15-12-2022 | Saat: 12:56
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

İmamoğlunun 10 il əvvəlki tviti müzakirələrə SƏBƏB OLDU

 

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əkrəm İmamoğlunun sosial şəbəkədə 10 il əvvəl etdiyi paylaşımı müzakirələrə səbəb olub.

 

Qarabaginfo.az xəbər verir ki, İmamoğlunun 19 mart 2012-ci ildə atdığı tvit barəsində çıxarılan dünənki məhkəmə qərarından sonra yenidən gündəmə gəlib. 

Belə ki, Türkiyədə yerli seçkilər ərəfəsində atılan tvitdə İmamoğlu gələcəkdə Türkiyədə hakimiyyətə gələcəklərinə eyham vuraraq arzusunu ifadə edib.

 

"Beylikdüzündə iqtidar olmadan bizə yuxu yoxdur. Bilin ki, ardından İstanbulda, Türkiyədə iqtidarıq", - deyə siyasətçi yazıb.

 

Həmin dövrdə CHP-nin İstanbul vilayətinin Beylikdüzü rayonundakı yerli təşkilatının sədri olan İmamoğlu daha sonra 2014-cü ildəki seçkilərdə Beylikdüzü bələdiyyəsinin sədri seçilmişdi. 2019-cu ildə isə İstanbul bələdiyyəsinin sədri seçilən İmamoğlunun 10 il əvvəlki tvitindəki ikinci iddiası da gerçəkləşib.

 

Yenidən gündəmə gələn və böyük maraq doğuran paylaşım kütləvi "retvit" edilir. Dünəndən bəri sosial şəbəkələrin Türkiyə seqmentində insanlar İmamoğlunun üçüncü arzusunun da reallaşıb-reallaşmayacağını müzakirə edirlər.

 

Qeyd edək ki, dünən Əkrəm İmamoğlu barəsində Türkiyə Ali Seçki Komissiyasının üzvlərini təhqir etməsi iddiası ilə keçirilən məhkəmə prosesində hakim 2 il 7 aylıq həbs və siyasi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi qərarı çıxarıb. Yüksək instansiyanın təsdiqindən sonra qərarın icrası gözlənilir. Türkiyə müxalifəti İmamoğlunun çağırışı ilə İstanbulun Saraçhane meydanında etiraz olaraq genişmiqyaslı mitinq keçirib. Bu gün də yeni aksiyanın keçirilməsi barədə çağırış edilib.

 

Onu da bildirək ki, İmamoğlunun sözügedən tviti 2019-cu ildəki bələdiyyə seçkiləri zamanı da gündəmə gəlmişdi və geniş müzakirələr yaratmışdı.(Modern.az)



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər