Sentyabr qarşıdurması zamanı Ermənistan silahlı qüvvələri hərbçilərinin əməlləri ilə bağlı cinayət işlərində 11 təqsirləndirilən şəxs var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Kommunist Partiyasının rəhbəri Arqişti Kyaramyan bildirib. 

Kyaramyanın sözlərinə görə, sentyabr qarşıdurması nəticəsində Ermənistan tərəfdən 600-ə yaxın yaralı var.

O, təqsirləndirilənlərin əksəriyyətinin saxlanıldığını qeyd edib: "İşlərdən 4-ü artıq məhkəməyə göndərilib. Təqsirləndirilən şəxslər orta rütbəli zabitlər və hərbçilərdir".