Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib
Tarix: 21-01-2023 | Saat: 18:18
Bölmə:Karusel / Manşet | çapa göndər

Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

 

Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir.

“Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Nazirliyin bəyanatında vurğulanıb.



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər
26-08-2021, 16:17 XİN məlumat yayıb