Ana Sayfa > Karusel / Manşet > Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib
Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib21-01-2023, 18:18. Yazar: Admin |
Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir. “Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Nazirliyin bəyanatında vurğulanıb. Geri dön |