"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın sonundan Bakıdan Rusiyanın paytaxtı Moskvaya reysləri bərpa edəcəyi ilə bağlı yerli mətbuatda, sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.
Qarabaginfo.az-ın məlumatına görə, aviaşirkət bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil.
"Ölkənin aviadaşıyıcılarının reyslər yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir", - deyə qurum bəyan edib.