Saytımızı qiymətləndirin


 
 

Rusiya ilə Azərbaycanı birləşdirən magistrat dörd zolaqlı olacaq
Tarix: 03-12-2024 | Saat: 15:22
Bölmə:Karusel / Region / İnfrastruktur | çapa göndər

Bakı və Sumqayıt arasında alternativ yol yaradılacaq | Sumqayit24.az

Rusiya ilə Azərbaycanı birləşdirən "Qafqaz" yolu 2030-cu ildə dörd zolağa qədər genişlədiriləcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qafqaz Federal Yolları Agentliyinin idarə rəisi Alexander Lukaşuk TASS Qafqaz informasiya mərkəzində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Qafqaz" magistral yol Krasnodar ərazisindəki Pavlovskaya stansiyasından Azərbaycan Respublikasının sərhədinə qədər uzanır.

"Bu gün prioritetimiz Rusiyanın subyektlərini xarici dövlətlərlə birləşdirən Şimal-Cənub "beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R -217" Qafqaz" yoludur. Bu yolda ən böyük trafik- turist, malların daşınması gedir. Ona görə də, bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R -217 magistral yolu dörd zolaqlı olacaq"deyə Rusiya rəsmisi vurğulayıb.(Apa)



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər