Saytımızı qiymətləndirin


 
 

İran Hörmüz boğazının açılması ilə bağlı təklifin icra müddətinin iki günə endirilməsinə razılaşıb
Tarix: 31-10-2026 | Saat: 20:38
Bölmə:Karusel / Dünya | çapa göndər

Abbas Əraqçi

 

Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar İranın Hörmüz boğazının açılması ilə bağlı təklifin həyata keçirilməsi üçün tələb olunan müddətin azaldılmasına səbəb olub.

"Əl Cəzirə" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, Qətər tərəfi İranın təklifinin icra müddətinin beş günə endirilməsini təklif edib.

“Hazırda icra müddətini iki günə endirən təklif üzərində razılığa gəlmişik. Şərtlərimizə İslamabad memorandumundan sonra tətbiq edilən sanksiyaların ləğvi və ABŞ qüvvələrinin bölgədəki sayının azaldılması daxildir. Biz neft güzəştlərinin bərpasını və Qətərdə saxlanılan vəsaitlər də daxil olmaqla, bütün dondurulmuş vəsaitlərimizin azad edilməsini tələb edirik”, – deyə Əraqçi əlavə edib.

İranın xarici işlər naziri, həmçinin ölkəsinin Omanla müzakirə etdiyi Hörmüz boğazındakı gəmiçilik marşrutlarının tanınmasını və digər marşrutların bağlanmasını tələb etdiyini bildirib.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər