Saytımızı qiymətləndirin


 
 

Koçaryanın bütün ailə üzləri Prokurorluğa çağırılıb
Tarix: 18-07-2023 | Saat: 13:24
Bölmə:Karusel / Region | çapa göndər

Koçaryanın bütün ailə üzləri Prokurorluğa çağırılıb

Eks-prezidenti Robert Koçaryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azdarar” rəsmi bildirişlər portalında məlumat verilib.

Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyə malik olduğuna görə əmlakı, avtomobilləri, pul əmanətləri müsadirə oluna bilər. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub. Söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər
8-12-2022, 12:23 Sabahın hava proqnozu