Yalan ayaq tutar, yeriməz
Tarix: 20-11-2025 | Saat: 14:10
Bölmə:Karusel / Yazar | çapa göndər
439 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-11-2025 | Saat: 14:10
Bölmə:Karusel / Yazar | çapa göndər

Səhər bir dəfə yalan danışırsansa, günün qalanı artıq sənə məxsus olmur. O andan sonra addımlarını, sözlərini, hətta nəfəsini belə o yalana uyğunlaşdırırsan. Zəng edirlər: “Hardasan?” Bir söz atırsan: “Rayondayam.” Amma özün şəhərin göbəyində gəzirsən. Sonra da bütün günü ehtiyatla dolaşırsan, elə bil kimsə sənin yalanını tutan kimi səni divara dirəyəcək. Telefon çalanda ürəyin titrəyir: birdən yanındadır, birdən eşidər, birdən nəsə açılar… Yalan adamı belə əsir edir — qaçır, gizlənir, qorxur, maska ilə yaşayır.
Səhv addım atılıb, yol yanlış başlayıb, ondan sonra düzəlmək daha da çətindir.
İlk yalan keçir, sonra o yol boyunca sürünürük. O qədər sürünürük ki, bir vaxt gəlir, həqiqətin dadını, çəkisini, hətta nə olduğunu unuduruq. Çünki həqiqət bu ölkədə ən ağır yükdür. Həqiqət üzə çıxan kimi nəsə qırılır, nəsə sınır, nəsə dağılıb gedir. Hara baxırsan, hansı faciəni eşidirsən — altından bir “düz söz”ün cəzası çıxır.
Bir yol səhv seçildi — vəssalam. Ondan sonra atdığın hər addım səni daha da dərinliyə itələyir.
Bir-birimizi elə sıxmışıq ki, adam artıq yerini deməyə qorxur. Düzünü desə, üst-üstə gələcəklər: sorğu, sual, təzyiq, hökm, qısqanclıq… Sonra da üzünə baxıb deyirlər: “Niyə yalan danışırsan?”
Yaxşı, nə edək? Harda yer qoymusunuz ki, həqiqət nəfəs alsın? İnsan bəzən yalan danışmır — özünü qoruyur.
Mənim də yalanla işim həzz deyil. Bu, mənim xoşuma getdiyinə görə baş vermir.
Bu, məcburiyyətin nəticəsidir.
Çünki siz həqiqəti eşitmək istəmədikcə, mən yalanın içində yaşamağa məcburam.
Bir də bir şeyi bilin:
Çalışın elə “yalan” danışmayın ki, kiminsə halal malını, pulunu mənimsəyib sonra da üzünə at kimi kişnəyib, eşşək kimi anqıran sifətlərə çevrilməyəsiniz. Bu artıq yalan deyil — bu ləyaqətsizlikdir.
Çalışın aldığınız borcu vaxtında qaytarın. Qaytara bilmirsinizsə, heç olmasa tülkü kimi quyruq bulayıb min cür yalan uydurmayın. Adam kimi çıxıb sözünüzü deyin.
Çalışın kiməsə borcunuz olduğu halda gedib özünüzə saray kimi evlər tikib,dəbdəbəli həyat yaşayıb sonra da “məndə pul yoxdur” deyib nağıl danışmayın.
Bu cür yalan adamın içini çürüdür — insanın mənliyini, şərəfini, ləyaqətini yeyib parçalayan yalandır.
Yalan hamıda var — amma hər yalan eyni deyil.
Bəzisi qorunmaq üçündür, bəzisi isə vicdanı öldürmək.
Çalışın elə yalanlardan qaçın ki, özünüz-öz gözünüzdə kiçilməyəsiniz. Mənliyiniz, ləyaqətiniz ayaq altında qalmasın.
Rauf Adiloğlu
Xəbəri paylaş
Digər xəbərlər
16-04-2022, 00:28
“Moskva” kreyserini Ukrayna vurub - Pentaqon
3-11-2021, 14:36
Kapital Bank məcburi köçkünlərdən niyə 9 milyon tutub?
26-09-2021, 17:08
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
4-12-2020, 14:00
Heydər Əliyev Fondunun dəstəyi ilə “Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO
19-07-2021, 16:37
Şamaxıda restoran sahibləri cərimələnib
18-12-2024, 10:32
Ödənişli yoldan istifadə edən sürücülərin nəzərinə! - Video
11-02-2026, 17:37
Tramp yeni plan hazırladı: ABŞ yaxın aylarda İrana hücum edəcək...
7-05-2022, 15:32
Azərbaycan Rusiyaya yumurta ixrac edəcək
10-01-2022, 10:20
Şagirdlərin müəllimi döyməsi iddialarına RƏSMİ CAVAB


















