Saytımızı qiymətləndirin


 
 

DİN-dən Tahir Kərimli ilə bağlı YENİ AÇIQLAMA
Tarix: 17-02-2022 | Saat: 17:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ölümlə hədələnməsi barədə Daxili İşlər Nazirliyinə müraciət etməyib.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, DİN-ə deputat tərəfindən hər hansı müraciət daxil olarsa, araşdırılacaq:

 

“Deputat Tahir Kərimli baş verən hadisə ilə bağlı ola bilər ki, digər hüquq-mühafizə orqanlarına – Dövlət Təhlükəsizliyi Xidmətinə, Baş Prokurorluğa və s. şikayət edib. Amma deputat tərəfindən Daxili İşlər Nazirliyinə müraciət daxil olmayıb”.

 

Qeyd edək ki, deputatın qardaşı Fəxrəddin Kərimli mətbuata açıqlamasında dünən T.Kərimlinin Bakı şəhəri, Səbail rayonundakı evinin qapısına ölüm təhdidi yer alan yazılı kağız qoyulduğunu vurğulayıb. O, Tahir Kərimlinin gec də olsa, hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.



Xəbəri paylaş

296 dəfə oxunub.

Digər xəbərlər