Saytımızı qiymətləndirin


 
 

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb
Tarix: 03-06-2026 | Saat: 12:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda “Qarabağ Tekstil Evi” MMC-də çalışacaq bölgə sakinləri üçün peşə kurslarının təşkilinə başlayıb.

Bu barədə Qarabaginfo.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi ilə “Qarabağ Tekstil Evi” MMC-nin əməkdaşlığı çərçivəsində dərzi peşəsi üzrə təşkil olunan kurslara ilk mərhələdə 27 nəfər cəlb olunub.

"Kurs qeyd edilən istehsal müəssisəsinin bazasında təşkil olunub. İştirakçılara peşə üzrə nəzəri və praktiki biliklər tədris edilir. Kursun yekununda onların müasir istehsalat prosesinə uyğun bacarıqlar əldə etmələri təmin olunacaq. Peşə hazırlığı kursunu uğurla başa vuran şəxslərin “Qarabağ Tekstil Evi”ndə işlə təminatı həyata keçiriləcək. Yaxın günlərdə “Qarabağ Tekstil Evi” üçün daha bir qrup şəxsin də peşə hazırlığına başlanacaq",- məlumatda qeyd edilib.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər
23-03-2022, 10:26 Neft bahalaşıb