Saytımızı qiymətləndirin


 
 

Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Tarix: 29-10-2026 | Saat: 21:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ərazi məsələləri də daxil olmaqla, ən mürəkkəb mövzuları müzakirə etməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib.

Onun sözlərinə görə, iki ölkə liderinin birbaşa görüşü sülh danışıqlarına yeni təkan verə bilər.

Nazir qeyd edib ki, Kiyev Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə belə bir görüşün keçirilməsinə hazırdır.

Sibiqa mümkün danışıqların nəticələri arasında hərbi əsirlərin mübadiləsini və ukraynalı uşaqların geri qaytarılmasını da qeyd edib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər